“Sairme” də istirahət

“Sairme” kurortu Gürcüstanın yeni nəfəs verilmiş ən qədim və koloritli kurortlarından biridir.

“Sairme” Gürcüstanın dağlıq ərazisində, İmeretidə, dəniz səviyyəsindən 950 m yüksəklikdə yerləşir. Rahat xidmət və ən müasir infrastruktur subtropik təbiətin tam qəlbinə nüfuz edir.

Bura müxtəlif müalicəvi xüsusiyyətlərə malik suları, spa mərkəzləri, hovuzları, ziplayn və geniş miqyaslı uşaq meydançaları olan unikal kompleksdir.

Ekstrim həvəskarları, o cümlədən də ailələr və ya sadəcə sakit istirahəti sevənlər buraya məmnuniyyətlə gəlirlər.

Kurortun tarixi belə başlayır: maralları qovalayan ovçular bu ərazidə bulaq aşkar ediblər. “İsti su” dərhal elmi maraq mövzusuna çevrilib. 19-cu əsrdə yerin dərinliyindəki isti termal bulaqların müalicəvi xüsusiyyətlərə malik olduğu artıq təsdiq edilmişdi.

“Sairme” kurortu – beş maraqlı detal:

  1. “Sairme” – Avropanın ən böyük kurortudur
  2. “Termal Spa və Wellness” ən müasir avadanlıqlarla təchiz olunub və istirahət edənlərə istənilən növ sağlamlıq prosedurlarını təklif edir.
  3. Gürcüstanda müxtəlif müalicəvi xüsusiyyətlərə malik dörd bulaq və 1 termal bulağın axdığı yeganə kurortdur.
  4. Kurort parkında dağlardan enən 800 metrlik ziplayn uzunluğuna görə Qafqazda birincidir.
  5. Temperaturdan asılı olmayaraq açıq hovuzlardan həzz ala bilərsiniz. Onlar yerdən 1500 metr hündürlükdən və 41 dərəcə temperaturda axan termal sularla doludur.


Rezervasiya və əlavə məlumatı burada tapa bilərsiniz: http://sairme.com.ge/

“Sairme”də istirahət